Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə yenidən məhdudiyyət qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Nizami rayonu, Babək prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayılıb.
Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.
Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
Qeyd edək ki, dünən də Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdu.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...