Paytaxtda ictimai nəqliyyat üçün xüsusi zolaqların uzunluğu artırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda tıxacların qarşısı alınacaq, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.
“Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə əlavə bir sıra zəruri tədbirlər də nəzərdə tutulur:
“Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 km-dən 2668 km-ə çatdırılması planlaşdırılır.
Baş plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi nəzərdə tutulur.
Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırki 16 zolaq-km-dən 112,2 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur”.
Oxşar xəbərlər
Bakını gözləyən YENİLİK - Tramvay
Bakının Baş Planının tezliklə təsdiq olunması nəzərdə tutulur. Baş Plan 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. BAKU.WS-in məlumatına görə...