Paytaxtda bu marşrut xəttinin nömrəsi dəyişdirilib
Bu gündən Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib.
BAKU.WS bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.
Xatırladaq ki, E2 marşrut xətti ötən ilin noyabr ayından fəaliyyətə başlayıb. Bu xətt üzrə avtobuslar Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini Qaradağ rayonundakı "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirir. Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı "ASAN Xidmət", Zərifə Əliyeva küçəsi ("Sahil" metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.
Oxşar xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi
Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yet...