Parklanma yerlərində özbaşınalıq: Nazirlər kabinetinin qərarına niyə məhəl qoyulmur?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt ərazisindəki bütün parklanmalarda demək olar ki, ilk 15 dəqiqə ödənişsiz həyata keçirilir.
Yəni sürücü öz avtomobilini ilk 15 dəqiqə pulsuz şəkildə həmin ərazidə park edə bilər.
Lakin "Qış parkı"ndakı yeraltı parklanmada mənzərə tamam fərqlidir. Burada avtomobil içəri daxil olduqdan sonra qiymət hesablanmağa başlayır.
Məsələ ilə bağlı parklanmalara nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödənişin tələb olunmaması dövlət avtomobil yollarının kənarında təşkil edilən parklanma yerlərinə şamil edilir.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsinin 15-ci hissəsinə edilən dəyişikliyə əsasən, ödənişli parklanmalarda ilk 15 dəqiqə ödənişsizdir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...