Parklanma qaydalarının pozulmasına görə cərimələr ARTIRILIR - Bu məbləğədək...
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr iki dəfə artırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimə 10 manatdan 20 manata qaldırılır.
Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.
Oxşar xəbərlər
Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlı Prezidentin imzaladığı Fərmanı şərh edib. Ə.H...