Avropanın daha bir ölkəsi “Pandemiya sazişi”nə qoşulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın federal kansleri Angela Merkel ölkəsinin "Pandemiya sazişi"nə qoşulacağını bildirib.
BAKU.WS "Azərtac"a istinadən xəbər verir ki, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və 23 dövlət planetin gələcək mümkün epidemiyalara və səhiyyə sahəsində digər oxşar böhranlara keyfiyyətli hazırlığını təmin etmək məqsədi daşıyan razılılaşma layihəsi barədə razılığa gəliblər. Bu razılaşma, dövlətlər arasında vaksinlər və dərmanların ədalətli paylanması, testlərin keçirilməsi, məlumatların vaxtında mübadiləsi və tədqiqatların nəticələrinin təmin edilməsi üçün nəzərdə tutulub.
Artıq konvensiyaya qoşulmaq arzusunu ifadə edən dövlətlər arasında Almaniyanın da adı var.
Xatırladaq ki, belə bir razılaşma fikri ilk dəfə keçən il Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən irəli sürülüb. O, təşəbbüsünü G20 zirvəsində səsləndirmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxış edib
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. BAKU.WS xəbər verir ki,...