Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Dövlət Turizm Agentliyi jurnalistlər üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edib.
BAKU.WS xəbər verir ki, Palçıq Vulkanları Turizm Kompleksi Azərbaycanın unikal təbiət möcüzələrindən biri olan palçıq vulkanlarının təbliği və qorunması məqsədilə yaradılıb.
Kompleksdə ziyarətçilər vulkanların yaranma prosesi, geoloji xüsusiyyətləri barədə interaktiv formada məlumat əldə edə bilirlər. Muzeydə foto və video materiallar, maketlər, həmçinin nadir vulkan nümunələri nümayiş olunur. Burada həm yerli, həm də xarici turistlər üçün maarifləndirici turlar təşkil edilir. Palçıq Vulkanları Turizm Kompleksi regionun ekoturizm potensialını artıran mühüm layihələrdən biri hesab olunur.
Sözügedən kompleksdən fotoları təqdim edirik:
Qalereya
Müxbir: Şahanə Xankişiyeva
Foto: Təranə İbrahimova
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...