PA rəsmisi: DSMF-yə 1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var.
BAKU.WS report-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir: "Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər".
PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...