Özünə qəsd edən rəqqas haqqında YENİ FAKTLAR - Rəşad Dağlının oğlunun toyunda...
05
dek
2022
12:19
Tanınmış rəqqas Dəyanət Məmmədov özünü asaraq həyatına son qoyub.
BAKU.WS xəbər verir ki, hadisə ötən gecə Quba rayonunda rəqqasın yaşadığı evdə baş verib.
Məlumata görə, mərhumun ailəsi və doğmaları da Quba rayonunda yaşayırmış.
"İstedad" rəqs qrupunda çalışan və "Wedding group deyanet" adlı dekor şirkəti olan gənc ailəli olub, azyaşlı övladları var.
Yaxınları və dostları Dəyanət Məmmədovu sonuncu dəfə Rəşad Dağlının oğlu Yusifin kiçik toyunda gördüklərini bildirir.
Qeyd edək ki, rəqqasın harada dəfn ediləcəyi hələlik məlum deyil.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlı məhkəmədən nələri xahiş edib? - VİDEO
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəmədə verdiyi ifadəsinin yeni təfərrüatı məlum olub. Bizim.Media-nın əldə etdiyi...