Özbək bloqçu: “Bakı o qədər gözəldir ki, getmək istəmirsən” - FOTO

Özbək bloqçu: “Bakı o qədər gözəldir ki, getmək istəmirsən” - FOTO
Foto
Sosial 148

Özbəkistandan olan tanınmış bloqçu, Özbəkistan-Qazaxıstan-Azərbaycan-BƏƏ-Qətər beynəlxalq avtomarafonunun iştirakçısı Asal Saparbayeva Bakının gözəlliyinə heyran olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, milyonlarla izləyicisi olan bloqçu Report-a müsahibəsində MDB ölkələrini tez-tez gəzdiyini və digər postsovet ölkələrinə bənzər nəsə görəcəyini gözlədiyini, amma yaxşı mənada təəccübləndiyini bildirib:

“Bura o qədər gözəldir ki, getmək istəmirsən”.

Sosial şəbəkələrdə “Littos” adı ilə məşhur olan A.Saparbayeva avtomarafonda yeddi iştirakçıdan biridir. Yeddi səyyah bu ilin dekabr ayına qədər avtomobillərini marşrutun Qətərdəki son nöqtəsinə qədər sürməlidir. Bu avtomobil marafonunun əsas məqsədi Özbəkistanın mədəniyyətini populyarlaşdırmaq, insanları özbək ənənəvi geyimləri və mətbəxi ilə tanış etmək və bununla da onları təşəbbüskarların vətəni - Özbəkistana gəlməyə həvəsləndirməkdir.

“Bakıya Aktaudan gəlmişik. İş elə alındı ki, biz özümüz bərə ilə gələ bilmədik, bərə maşınlarımızı daşıdı, biz də təyyarə ilə gəldik. Özbəkistanın Mədəniyyət Nazirliyi ilə uzun müddət bu layihə üzərində birlikdə işləmişik”, - o bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər