Övladlarına nağıl danışan valideynlərin NƏZƏRİNƏ - Çox təhlükəlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Psixoloqlar milli nağıllarda yer alan qorxu motivlərinin uşaqların psixoloji inkişafına həm müsbət, həm də mənfi təsirlər göstərə biləcəyini bildirirlər.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, "Div", "Cin", "Qulyabani" kimi obrazlar uşaqlarda qorxu hissini gücləndirə və yuxu pozuntularına səbəb ola bilər. Eyni zamanda, bu nağıllar simvolik məna daşıyaraq uşaqlara yaxşı ilə pisi ayırd etməyi, təhlükəni tanımağı öyrədir.
Uşaq psixoloqlarının sözlərinə görə, burada əsas məqam valideynin nağılı necə çatdırması və uşağın yaşına uyğun olub-olmamasıdır.
Mütəxəssislər nağıl seçimində diqqətli olmağı, qorxulu məqamların yumşaq dillə ifadə edilməsini və sonunda təhlükənin necə dəf edildiyini vurğulamağı tövsiyə edirlər.
Beləliklə, qorxu elementləri düzgün təqdim olunduqda, uşaqlar üçün həm əyləncəli, həm də tərbiyəvi vasitəyə çevrilə bilər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...