Övladları məktəbəhazırlıq qruplarına gedəcək valideynlər üçün VACİB XƏBƏR

Övladları məktəbəhazırlıq qruplarına gedəcək valideynlər üçün VACİB XƏBƏR
Sosial 661
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək.Təhsil Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, I yarımil 1 oktyabr-26 yanvar, II yarımil isə 1 fevral-31 may tarixlərini əhatə edəcək.Məktəbəhazırlıq qruplarında payız tətili 16-20 noyabr, qış tətili 27-31 yanvar, əlavə tətil 1-5 may tarixlərini əhatə etməklə, ümumilikdə 15 gün təşkil edəcək. Bu qruplarda məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələ olacaq. Gün ərzində 3 məşğələ baş tutacaq.Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məlumata əsasən, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək.Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Oxşar xəbərlər

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyindən "trend"ə verilən məlumata görə, nazir Ceyhun...

406 Sosial 09:57 26 avqust 2019

Son xəbərlər