Ötən il ərzində nikaha daxil olmaq istəyən 297 nəfərdə sifilis aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ötən il ərzində nikaha daxil olmaq istəyən 126 mindən çox insanın qan nümunəsi müayinə olunub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib.
Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.
Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.
Oxşar xəbərlər
Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 69 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb
Bu ilin 6 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında İİV infeksiyasına yoluxduğu aşkar edilən şəxslərin sayı açıqlanıb. Səhiyyə Nazirl...