Ötən il Azərbaycanda vəfat edən və universitetdən xaric olunan tələbələrin SAYI

Ötən tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent 12" jurnalında qeyd olunub.
Qeyd edilib ki,onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-i tam orta ixtisas, 5-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Bundan başqa, 2024-cü ildə akademik borca görə 315, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1 133, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 10 min 746 tələbə universitetdən xaric edilib.
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 1 346 olub.
Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 53 nəfər olub.
Oxşar xəbərlər
DİQQƏT! Bakının bu ərazisində qaz OLMAYACAQ
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizat...
