Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub
05
yan
2026
11:28
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub.
Bu ad il ərzində 1569 uşağa qoyulub.
Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1166-na Raul, 1028-nə Əli, 1050-nə Hüseyn, 986-nı Yusif adı verilib.
Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1073 uşağa verilib.
Bundan əlavə, yeni doğulmuş qızlardan 1015-nə Zeynəb, 1014-nə Məryəm, 993-nə Nilay, 964-nə isə Aylin adı qoyulub.
Oxşar xəbərlər
Dövlət sərhədindəki gömrük postlarında gözləyən TIR-ların sayı açıqlandı
Avqustun 21-də Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat v...