Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb
31
yan
2026
18:43
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, xidmətlərin 69.2 faizi əhali sektorunu əhatə edib.
2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2024-cü illə müqayisədə 8.7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 32.4 faizi və ya 1 milyard 290.9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Oxşar xəbərlər
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birl...