Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub
08
okt
2025
12:45
Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub.
BAKU.WS xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, qızlara ən çox Zəhra və Zeynəb adları verilib. Bu adlar sırasında Mələk, İnci, Fatimə, Ayla, Nilay, Melisa, Aylin, Məryəm də var.
Oğlanlara isə ən çox Uğur adı verilib. Tunar, Ayxan, Məhəmməd, Murad, Ömər, Raul, Yusif, Hüseyn, Əli adları da bu sıradadır.
Oxşar xəbərlər
Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər
Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlə...