Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub
 
                            2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 min 310 doğulan körpə qeydə alınıb.
"Report" xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 2023- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10-a düşüb.
Ötən il ölkədə 58 min 909 ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.
Ölənlərin 2 min 519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5 min 880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14 min 693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35 min 817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olub.
Oxşar xəbərlər
İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyası niyə söküldü?
İsmayıllı rayonunda "İsmayıllı" sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun İcra...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    