Orxan Məmmədov: "Azərbaycan regional halal sənayesi üçün potensial bir mərkəzə çevrilə bilər"

Halal biznes təcrübələri ilə Azərbaycanın zəngin tarixi və mədəni irsi arasındakı sinerji ölkəni regional halal sənayesi üçün potensial bir mərkəz kimi mövqeləndirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
"Birinci AZHUB Forumu, iqtisadiyyatlarımızı daha da gücləndirmək və halal sənayesinin təqdim etdiyi imkanlardan yararlanmaq məqsədi ilə daha geniş regionda əməkdaşlığı təşviq etməyə yönəlmiş növbəti təşəbbüsdür. Burada innovasiya, əməkdaşlıq və inkişaf bir araya gələrək bizim ortaq halal yolumuzu daha yüksək səviyyəyə qaldıracaq", - deyə o qeyd edib
KOBİA sədri Azərbaycanın Halal Biznes Forumunun başlanğıcını qoymaq təşəbbüsü, onun regionda sülh qurucusu və iqtisadi artımın əsas lokomotivi kimi sübut olunmuş tarixi roluna əsaslandığını vurğulayıb.
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
