Orxan Məmmədliyə nazirlikdə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Energetika Nazirliyində təyinat olub.
BAKU.WS Valyuta.az-a istinadən xəbər verir ki, Orxan Məmmədli İqtisadi sahələr və məişət üzrə enerji səmərəliliyi şöbəsinin müdiri təyin edilib.
O.Məmmədli bundan əvvəl 2023-cü ildən Azərbaycan Respublikasının Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 2018-2019-cu illərdə qazpaylayıcı stansiyanın operatoru, 2019-2022-ci illərdə isə Qaz İxrac İdarəsində energetik kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə "Geneva Business School"da neft və qazın idarə edilməsi ixtisası üzrə Biznesin İdarəedilməsi Magistri (MBA) dərəcəsi alıb. Həmin illərdə paralel olaraq Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (ümumi) ixtisası üzrə magistr təhsili alıb.
Oxşar xəbərlər
Xocalı dəhşətlərini dünyaya car çəkənlər: Bəşəriyyəti sarsıdan faktlar
1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Qarabağın soyuğunda bir şəhər qana boyandı. Xocalıda insanlığa qarşı törədilən cinayətlər o həddə idi ki, "bunları...