Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün İranın paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının Səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində mərhumun evində təşkil olunub.
Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətirilməsi gözlənilir.
O, qeyd edib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhum Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, terror aktı nəticəsində iki nəfər yaralanıb. Yaralılar əməliyyat olunub, vəziyyətləri yaxşıdır.
***12:05
“Orxanın cənazəsini gözləyirik. Bütün gecəni gözləmişik. Hələ gətirilməyib. Bizə verilən məlumata görə, Orxanın cənazəsinin göndərilməsi İran tərəfindən asılıdır. Belə bilirəm, cənazə axşam reysi ilə göndəriləcək. Çox güman ki, dəfn də sabah olacaq".
BAKU.WS xəbər verir ki, bu məlumatı bizim.media-ya İranda həlak olmuş səfirlik əməkdaşı, baş leytenant Orxan Əsgərovun bibisi İlhamə Əsgərova deyib.
İlhamə Əsgərova Orxanın həyat yoldaşı Aynurun sağlamlıq vəziyyətinin yenə qeyri-stabil olduğunu da bildirib. Qeyd edib ki, bu gün də ona təcili yardım çağırılıb.
Oxşar xəbərlər
Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir - FOTO
Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir. BAKU.WS report-a istinadən x...