Orqan donoru olmaq istəyənlərin DİQQƏTİNƏ! QAYDALAR
Azərbaycanda orqan donoru olmaq istəyənlər üçün müraciət qaydası açıqlanıb.
BAKU.WS-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, vətəndaşlar könüllü şəkildə orqan donoru olmaq üçün birbaşa Mərkəzə və ya onlayn formada müraciət edə bilərlər.
Məlumata görə, müraciət zamanı şəxsiyyət vəsiqəsi təqdim edilir və təsdiq olunmuş razılıq forması doldurulur.
Mərkəzin ünvanı: Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi 107, G blok, 8-ci mərtəbə.
Qəbul günləri: həftə içi saat 08:00–17:00.
Bununla yanaşı, vətəndaşlar www.odtkm.gov.az saytında "Donor ol" bölməsinə daxil olaraq qeydiyyat formasını onlayn şəkildə də doldura bilərlər. Qeydiyyat başa çatdıqdan sonra məlumatlar Vahid İnformasiya Sistemində rəsmiləşdirilir
Oxşar xəbərlər
DİM-in Naxçıvandakı binasında təmir işləri aparılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan Regional Bölməsində cari təmir və texniki yenilənmə işlərinin həyata keçirilməsi üçün tender elan edib. BAKU.WS-in məlumat...