Onlayn alış-verişdə aldadılanlar nə etməlidir? - MƏSLƏHƏT

Onlayn alış-verişdə aldadılanlar nə etməlidir? - MƏSLƏHƏT
Sosial 73

Artıq insanların çoxu onlayn alış-verişə üstünlük verir. Təəssüf ki, bu alış-verişlər zamanı bəzən fırıldaqçılıqla, eləcə də alınan malın sifariş ediləndən fərqli olması, yaxud ümumiyyətlə məhsulun gəlməməsi kimi hallarla qarşılaşa bilirik. Bu hallarda insanlar nə etməlidir? 

BAKU.WS xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirib ki, onlayn ticarət artdıqca bu cür hallar da ortaya çıxır:

"Bu hallarda ilk olaraq karqo şirkətini seçərkən diqqətli olmalıyıq. Reputasiyası yaxşı olan şirkətlə işləməliyik, çünki prosesi tənzimləyən karqo şirkətləridir. Baxmalıyıq ki, etibarlı şirkət olsun. Şirkətlərin xidmət haqqındakı 40 sent - 1 dollar qiymət fərqinə fikir verməli deyilik. Əsas məsələ etibarlı, reputasiyalı, bazarda uzun müddət olan və müştərilər tərəfindən müsbət xarakteriskitika verilən şirkətlərlə işləməliyik".

Ekspert deyib ki, göndərilən malların fərqli olması isə karqo şirkətinin günahı deyil:

"Burada malı seçərkən diqqətli olmalıyıq. Çünki malın seçilməsi zamanı parametrlər var. Bəzən ingilis, türk, rus, yaxud digər dillərdə olanda insanlar şəklə baxıb alırlar. Bəzən orada göstərilən şəkillə məhsul fərqli ola bilər. İnsan da düşünür ki, ucuzdur alsın. Tamahımızdan və bilgisizliyimizdən zərər çəkirik. Məhsul seçimi zamanı onun ölçüləri, xarakteristikaları, rəylər və digər nüanslara diqqət etməliyik. Bunlardan sonra da problem yaşayırıqsa, növbəti alışlarımızda platformadan istifadə etməməliyik. Bu alışlar adətən 50, 100, 200 manatlıq alışlardır. Bunlar üçün nəsə etməyin xərci gedən məbləğdən daha çoxdur. Burada edə biləcəyimiz ancaq tənqid, mənfi rəy, şikayətimizi bildirmək, şirkətlə əlaqəyə keçməkdir. Yoxsa məhkəmə, yaxud hansısa dövlət orqanı burada bizə heç bir kömək etməyəcək. Bu məqamda da karqo şirkəti və alış-veriş edilən şirkətlərlə də əlaqə saxlamaq lazımdır".

Son xəbərlər