Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər - ŞİKAYƏT

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər - ŞİKAYƏT
Video
Sosial 60

4-cü dərəcəli onkoloji xəstə üçün ağrıkəsici dərman tapılmır.

Bununla bağlı xəsətlikdən əziyyət çəkən qadının həyat yoldaşı Mahmud Məmmədov "Xəzər Xəbər"ə müraciət edib. O, iddia edir ki, həyat yoldaşı üçün dövlət tərəfindən verilən ağrıkəsici dərmanları 20 gündür ki, əldə edə bilmirlər.

Mahmud Məmmədov deyir ki, dərman preparatını əldə etmək üçün yaşadığı ərazi üzrə Binə qəsəbə poliklinasına müraciət edib. Lakin ona sözügedən ağrıkəsicilərin onlarda mövcud olmadığı bildirilib. Nə vaxt gələcəyi ilə bağlı isə məlumat verilməyib.

Vətəndaşın müraciəti ilə əlaqədar TƏBİB-ə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılır.

BAKU.WS Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir.

Son xəbərlər