Ölkənin avtomobil yollarındakı vəziyyət açıqlandı

Ölkənin avtomobil yollarındakı vəziyyət açıqlandı
Sosial 825

 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ölkənin avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə bildirib ki, "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, eləcə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur: "Gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, həmçinin respublikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınmışdı. Nəticədə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın və mexanizmlər vasitəsilə yollara duz-qum qarışığı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub".

A.Nəcəfli deyib ki, bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Yollardakı vəziyyətlə bağlı rəsmi açıqlama

Yollardakı vəziyyətlə bağlı rəsmi açıqlama

"Hal-hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Buzlaşmanın axşam saatlarından başlaya...

753 Şou-biznes 13:30 08 dekabr 2016

Son xəbərlər