Ölkəyə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşı azadlığa buraxılmayıb

Ölkəyə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən DGK əməkdaşı azadlığa buraxılmayıb
Sosial 469

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prosesdə Əfsər Mirzəliyevin vəkili Hikmət Əliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin edilməyib və məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Əfsər Mirzəyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşı olub.

Oxşar xəbərlər

Qazdan istifadə edənlərə PİS XƏBƏR - Sabah...

Qazdan istifadə edənlərə PİS XƏBƏR - Sabah...

"I Zabrat" QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sı...

186 Sosial 23:45 02 sentyabr 2025

Son xəbərlər