Ölkənin bir sıra xəstəxanalarında yeni şöbə və tibbi xidmətlər istifadəyə verildi
Bu il ərzində tibb müəssisələrində həm yeni şöbələr açılıb, həm də bir sıra ixtisaslaşmış tibbi xidmətlərin icrasına start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tərəfindən açıqlanıb.
Onun sözlərinə görə, Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Uşaq Klinik Xəstəxanasında yenidoğulmuşlar üçün əlavə iki struktur – Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiya şöbələri fəaliyyətə başlayıb. Sabunçu Tibb Mərkəzində isə Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb.
Z.Ədilova bildirib ki, Kliniki Tibbi Mərkəz və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatların, Sabirabad, Qobustan, Astara rayon mərkəzi xəstəxanalarında və Pirallahı Tibb Mərkəzində isə avastin inyeksiyalarının icrasına başlanılıb. Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatlar, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında isə damar cərrahiyyəsi əməliyyatları artıq yerinə yetirilir. Bununla yanaşı, Qəbələdə Travmatoloji Mərkəz fəaliyyətə başlayıb.
Həmçinin Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt Tibb Mərkəzində endoprotez əməliyyatları, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında isə beyin damarlarının angioqrafiyası prosedurları icra olunur.
Oxşar xəbərlər
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
Bakıda övladları Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan bir qrup valideyn etiraza qalxıb. BAKU.WS-in "qaynar xətti"n...