Ölkə ərazisində qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - PROQNOZ

Ölkə ərazisində qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - PROQNOZ
Sosial 121

Sentyabrın 7-nə olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.

BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən report-a bildirilib.

Məlumata görə bir sutka ərzində düşən yağıntının miqdarı Lənkəranda 51.0 mm (aylıq normanın 86%-i), Şəkidə 47.0 mm (aylıq normanın 32 %-i), Qaxda 42.0 mm (aylıq normanın 50%-i), Oğuzda 38.0 mm (aylıq normanın 28%-i), Astarada 35.0 mm (aylıq normanın 70%-i), Zaqatalada 33.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 32.0 mm (aylıq normanın 25%-i), Balakəndə 31.0 mm (aylıq normanın 26%-i), Yardımlıda 19.0 mm, Lerikdə 12.0 mm, Şəmkirdə 11.0 mm, Qusarda 10.0 mm, Ləzədə 9.0 mm, Şahdağda 8.0 mm, Şabran, Qubada 7.0 mm, Xaltan, Qrız, İsmayıllıda 6.0 mm, Altıağacda 5.0 mm, Xınalıq, Kürdəmir, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Xaçmaz, Naftalan, Ağdamda 3.0 mm, Zərdab, Ağstafa, Şamaxı, Gədəbəydə 2.0 mm, Bərdə, Yevlax, Beyləqan, Biləsuvar, İmişli, Ağdərədə (Ordubad) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 9.0 mm, Bakıda 4.0 mm, Neft Daşları, Binədə 2.0 mm, Çilov adası, Pirallahıda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Neftçala, Culfada 20 m/s, Hacıqabulda 18 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Çilov adasında 19 m/s, Pirallahı, Sumqayıtda 18 m/s, Neft Daşları, Binədə 16 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 08-i gündüzədək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xınalığa 20 sm qar yağıb - FAKTİKİ HAVA

Xınalığa 20 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 25-i saat 11:00-a olan məlumata...

128 Sosial 11:31 25 may 2022

Son xəbərlər