Ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotiki dövriyyədən çıxarıb.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub. Ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq, onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olduğu müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...