Oktay Kaynarca: "Buna Azərbaycan da daxildir..." - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Oktay Kaynarca sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında Azərbaycanın da adını çəkərək hər iki dövlətin baş vermiş güclü zəlzələyə görə dərin kədər hissi keçirdiyini bildirib:
"Belə bir mübarizə gücü sadəcə bu ölkələrə aiddir. Bütün bir ölkə, "buna Azərbaycan da daxildir" zəlzələ bölgəsindəkilər qədər kədərlənir, ürəkləri onlarla döyünür, yediklərindən, yatmaqdan, isti yerdə qalmaqlarından utanırlar. Bu möhtəşəm bir mübarizə gücüdür. Ürəyinə sağlıq mənim millətim".
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib. Zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Oxşar xəbərlər
Bakının güclü zəlzələ ola biləcək rayonu AÇIQLANDI - Bu ərazidə evlər söküləcəkmi?
"Nəsimi rayonu paytaxt Bakıda güclü zəlzələlər baş verməsi ehtimal olunan rayonlardan biridir". Bu barədə BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akade...