Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda ağacları qanunsuz şəkildə kəsən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...