Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı dörd dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin üçüncü rübündə ölkədaxili bank kartı fırıldaqçılıq əməliyyatlarının həcmi 1 185 101 manat təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 3.4 dəfə çoxdur. Ölkəxarici əməliyyatlarda isə bu göstərici 28.4% azalaraq 308 min 668 manata düşüb.
BAKU.WS Mərkəzi Banka istinadən xəbər verir ki, fırıldaqçılıq üzrə ölkədaxili əməliyyatların sayı 3.9 dəfə artaraq 7 669 hadisəyə çatıb, ölkəxarici əməliyyatların sayı isə 59.6% artaraq 3 668 hadisə təşkil edib.
Bu halların əksəriyyəti kart istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verib.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...