"Instagram"ın məşhur funksiyası “WhatsApp”a gəlir

Instagramın məşhur funksiyası “WhatsApp”a gəlir
Sosial 10

“WhatsApp” messencerinin istifadəçiləri status yeniləmələrində kontaktları qeyd (tag) etməyə imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat WABetaInfo portalında qeyd olunub.

Mütəxəssislər bildiriblər ki, "WhatsApp" status yeniləmələrində kontaktları qeyd etməyə imkan verən funksiya hazırlayır.

“İstifadəçilər qeyd olunduqları barədə bildiriş alacaqlar. Bu, insanlarla qarşılıqlı əlaqəni artırmağa kömək edəcək”, - ekspertlər qeyd ediblər.

Kontaktı qeyd edən xüsusiyyət inkişaf mərhələsindədir. Qeyd olunur ki, bu variant tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər