Novxanı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə...
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərişıq" ASC Abşeron rayonunun Novxanı qəsəbəsində köhnə elektrik qurğusunu yenisi ilə əvəz etməyi planlaşdırır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qəsəbədə mövcud 6/0.4 kV-luq 919 saylı paylayıcı qurğu sökülərək onun yerində 35/6 kV-luq daha müasir yarımstansiya inşa olunacaq.
Yeni stansiyanın tikintisi ərazidə elektrik enerjisinin keyfiyyətinin artırılmasına və daha dayanıqlı enerji təminatının yaradılmasına xidmət edəcək.
Layihənin ümumi dəyəri 4,1 milyon manatdan artıq qiymətləndirilir.
Qeyd edək ki, bu layihə enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi məqsədi daşıyır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...