Novruz şirniyyatları niyə bu qədər bahadır?
Əvvəllər Novruz bayramına həftələr qalmış hazırlıqlar başlanardı. Analarımız, nənələrimiz qollarını çirmələyib müxtəlif şirniyyatlar bişirər, süfrə açardılar.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hazırda bəzi evlərdə bu ənənə davam etsə də, ümumilikdə vəziyyət dəyişib. Əksəriyyət Novruz şirniyyatlarını ya hazır alır, ya da sifariş verib bişirtdirir. Hazır alınan şirniyyatlar evdə bişirilənlərin yerini vermədiyi kimi, həm də baha başa gəlir. Belə ki, Novruz xonçasının bəzəyi olan şəkərbura və paxlavanın kiloqramı 20 manatdan başlayır, sinisi isə 100 manata qədər dəyişir.
"Keçən il fındıq 17-20 manat idi, indi isə qiyməti 30-32 manat arasında dəyişir. Evdə bişirəndə daha baha başa gəlir. Buna görə də insanlar hamısından üç-dörd ədəd alırlar", - deyə qənnadçı bildirib.
İqtisadçı Xalid Kərimli isə Novruz şirniyyatlarının baha olmasının səbəbini belə izah edib: "Bayram ərəfəsində Novruzda istifadə olunan quru meyvələrin, çərəzlərin qiymətinin artmasının əsas səbəbi tələbin əvvəlki illərə nisbətən daha yüksək olmasıdır. Eyni zamanda təklifin azalması da bu vəziyyətə səbəb olur. Bu cür məhsullar əsasən İrandan və Türkiyədən gətirilir. İranda baş verən müharibə həm də Türkiyədən gətirilən məhsulların qiymətinə təsir göstərir. Çünki daha az məhsul bazara çıxarılır, bu isə Türkiyədən gələn məhsulların qiymətini artırır. Eyni zamanda İrandan gətirilən məhsulların sayının məhdudlaşması və daha baha olması da bu vəziyyətə səbəb olur".
Oxşar xəbərlər
Mühafizəçisi döyülən binanın sakinləri: "Üç maşını var, başqasının haqqına girir"
Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında insident qeydə alınıb. Məlumata görə, bina sakini şlaqbaumun gec qalxması və avtomobilin həyətə gec buraxılması səb...