Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti qəbul imtahanlarında yeni region bölgüləri və işğaldan azad olunan ərazilərin tarixi haqqında suallar olacaq.
BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə açıqlayıb.
Onun sözlərinə görə, azad edilmiş ərazilərin işğal tarixləri ilə yanaşı azad olunması tarixləri də mövzularda öz əksini tapacaq.
"Yeni proqramlar müzakirə edilib və dərsliklər üzrə monitorinqlər aparılıb. Proqram dərc olunandan sonra epidemioloji vəziyyətə uyğun olaraq yanvarda sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı
Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust tarixlərində qəbul imtahanları keçiriləcək. DİM-dən BAKU.WS-ə verilən məlumata görə, imtahanlar avqustun 20-də 16...