Şükürbəyli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim edilib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.
Bu mərhələdə Şükürbəyliyə 15 ailənin (86 nəfər) daimi qayıdışı təmin edilib.
Qalereya
*** 11:58
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı təyinat yerinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyliyə 15 ailə (86 nəfər) köçürülüb.
*** 11:39
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə daha 15 ailə yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailənin daimi qayıdışı təmin olunub.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxşar xəbərlər
Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ
"Üstümüzdən keçdi külək, Üstümüzdən keçdi külək, Şən zarafat, şirin kələk. Biz mehriban ailəyik, Biz mehriban ailəyik, Gəlin, dostlar, deyək-gülək". Daşkəndin d...