Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
*** 13:35
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün kəndə 47 ailə (189 nəfər) köçürülüb.
Qeyd edək ki, köçürülən ailələr Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...