Növbəti dörd gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
09
sen
2025
17:50
Sentyabrın 10-u axşamdan 14-dək Azərbycanda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər?
Artıq uzun illərdir ki, sürücülər icbari sığorta ilə yanaşı, avtomobillərini kasko sığorta da etdirə bilirlər. Baku TV-nin məlumatına görə, ilk illərdə bu sığor...