Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır
Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılmasında gecikmələr müşahidə edilir. Nəticədə bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.
Aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Məktəb başlayanadək uşağın yuxu rejimini necə düzəltmək olar? - Psixoloq AÇIQLADI
Uşağın yuxu rejimini yeni dərs ilinin başlamasına bir gün qalmış dəyişmək mümkün deyil. Psixoloq və uşaq yuxusu üzrə məsləhətçi Yelena Matveyevanın sözlərinə gö...