Nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev 46 ünvanında fəaliyyət göstərən Səfərov Zamiq Sahib oğluna məxsus çörək emalı müəssisəsində gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.
Aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BAKU.WS-ə Rəq...