Nizami rayonunun bir hissəsində işıq 3 saatlıq kəsiləcək

Nizami rayonunun bir hissəsində işıq 3 saatlıq kəsiləcək
Sosial 11

Bu gün Bakının Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

"Azərişıq" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir və təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər