"Nine Senses Fest 2026" festivalına bu gündən etibarən start verilib

Nine Senses Fest 2026 festivalına bu gündən etibarən start verilib
Foto
Sosial 14

Bakıda üçüncü dəfədir keçirilən beynəlxalq "Nine Senses Fest 2026" festivalına bu gündən etibarən start verilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və "Nine Senses Art Center"in təsisçisi Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir.

"Nine Senses Fest" özünü tanımaq üçün bir imkan yaradır və dünyanın müxtəlif ölkələrindən olan həmfikir insanları bir araya gətirir.

Bu il yenidən başlayan festival iyunun 12-dən 14-dək davam edəcək.

Altı məkanda baş tutacaq tədbir dünyanın müxtəlif ölkələrindən təxminən 1 500 iştirakçı və 80 eksperti bir araya gətirib.

Festivalın mövzusu "Köklərdən İnkişafa" seçilib. Rəmzi isə ağacdır. Burada inkişaf etmək üçün sadəcə dayanmaq, nəfəs almaq və özünü yenidən kəşf etməyin gərəkdiyi vurğulanır.

Festivalda iştirak edən qonaqları dərin səs meditasiyaları, qavalın oyandırıcı ritmləri, canlı musiqi və özləri ilə tam bütövləmşə gözləyir.

Bu günün kulminasiya nöqtəsi festivalın rəsmi açılış mərasimi və "Aura RA" tərəfindən təqdim olunan "Transformasiya" adlı immersiv mediativ performans olub.

Açılış mərasimində qonaqlara festivalın proqramı təqdim olunub.

Proqrama mühazirələr, ustad dərsləri, meditasiya və nəfəs təcrübələri, art-terapiya sessiyaları, yaradıcı görüşlər və musiqi çıxışları daxildir.

Açılış mərasimində çıxış edən "Nine Senses Art Center"in akademik direktoru Natalya Jukova müasir insan üçün həyatın sürətli ritmi ilə daxili harmoniya arasında tarazlığın qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Nine Senses" qədim biliklərin müasir təcrübələrlə qovuşduğu, insanların dayanaraq öz daxili səslərini eşidə bildiyi və daha şüurlu, harmonik həyata doğru addım atdığı bir məkandır. Bakıda müxtəlif ölkələrdən, mədəniyyətlərdən və ənənələrdən olan insanları inkişaf, sağlamlıq və daxili yüksəliş arzusu ətrafında bir arada görməkdən böyük məmnunluq duyuruq".

Dəvət olunmuş spikerlər arasında Kriya yoqa ustası, bəstəkar və multiinstrumentalist İmram Kriya, psixoloq və kouç Nərgiz Əliyeva, "Neyroqrafika" metodunun müəllifi Pavel Piskaryov, 30 ildən artıq təcrübəyə malik yoqa ustası Bharat Thakur, eləcə də şəxsi inkişaf sahəsinin mütəxəssisləri Kənan Məmmədov, Nandan Qautam, Darpan, Lev İvanov, Vadim Popov və Qafar Qənizadə yer alırlar.

Həmçinin tədbir zamanı sufi təcrübələri, səma mərasimləri, zikrlər, Mövlana Ruminin poeziyası təşkil olunacaq.

Tədbirlər tanınmış türk musiqiçisi Özgür Babanın müşayiəti ilə baş tutacaq.

Festival iştirakçıları üçün dəniz sahilində səhər təcrübələri, maarifləndirici sessiyalar, açıq hava fəaliyyətləri, tematik yarmarka və axşam konsert proqramları hazırlanıb.

Festivalın yekun proqramı bağlanış mərasimi, Çingiz Mustafayevin "STATE of SOUND" adlı böyük konsert proqramı və Marat Niqmatulinin "SBUDETSYA!" adlı konsert çıxışı ilə tamamlanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər