"Nikosayağı"nın düşdüyü qəzada ölən Ruslan dəfn edildi - FOTO/VİDEO
16
avq
2023
14:09
Tanınmış bloger Nicat Şakirlinin düşdüyü yol qəzasında həyatını itirən Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov dəfn olunub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, mərhum Gəncə şəhərində dəfn olunub. Hazırda isə onun Gəncədəki evində yas mərasimi təşkil edilir.
Xatırladaq ki, ağır qəza ötən gün Heydər Əliyev prospektində qeydə alınıb. Nəticədə sürücü, tanınmış bloger Nicat Şakirlinin sağ qolu amputasiya edilib. Ruslan Məmmədov isə hadisə yerində dünyasını dəyişib.
Qalereya
Oxşar xəbərlər
”Nikosayağı”nın həlak olan dostunun evindən görüntülər - VİDEO
Ötən gün gecə radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania”...