NİİM: Havaya görə bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə Bakıda bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
Müraciətdə vurğulanıb ki, Bakıda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir:
"Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək".
Oxşar xəbərlər
Ağdaşda elektrik enerjisi PROBLEMİ: "Yağışlı, küləkli və qarlı günlərdə işıq üzünə həsrət qalırıq"
Ağdaş rayonunun Yuxarı Ləki kəndi Azərbaycanın ən böyük kəndlərindən biridir. Ümumilikdə isə Ləki inzibati ərazisi üç kənd və bir qəsəbədən ibarətdir. Sözügedən...