Nərminə Həsənova: Azərbaycanlı şagirdlər iki dəfə dünya çempionu olublar
Azərbaycanlı məktəblilər beynəlxalq startap yarışlarında iki dəfə dünya çempionu adına layiq görülüblər.
Bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məktəbin şagirdləri beynəlxalq arenada uğurlu nəticələr əldə etməyə davam edirlər.
"İştirakçılarımız iki dəfə dünya çempionu olublar. Bundan əlavə, beynəlxalq yarışlarda bir gümüş və bir bürünc medal da qazanmışıq. Bu göstəricilər bizim üçün böyük uğurdur", – deyə o bildirib.
N.Həsənova qeyd edib ki, yarışda təqdim olunan layihələr innovativliyi və fərqliliyi ilə seçilib.
"Çempionatda 70-dən çox iştirakçı mübarizə aparıb. Münsiflər heyətində isə 33 ölkəni təmsil edən ekspertlər yer alıblar. Azərbaycanlı şagirdlərin hazırladığı layihələr yüksək qiymətləndirilib. Hesab edirəm ki, onlar bu uğuru əzmkarlıqları və zəhmətləri ilə tam haqq ediblər", – deyə o əlavə edib.
Oxşar xəbərlər
Bağça barədə narazılıq: "Uşaqlarımızın aqibəti necə olacaq?"
21 saylı bağçanın bağlanacağı ilə bağlı iddialar sakinlərin narazılığına səbəb olub. Onlar bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Sakinlər b...