Nərminə Həsənova: Azərbaycanlı şagirdlər Davosda keçiriləcək Dünya Çempionatında yarışacaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı şagirdlər iyul ayında İsveçrənin Davos şəhərində keçiriləcək beynəlxalq startap müsabiqəsində ölkəni təmsil edəcəklər.
Bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dünya Çempionatı iyulun 9–13-də keçiriləcək və yarışda dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar bir araya gələcəklər.
"Davosda keçiriləcək çempionatda 50-dən çox layihə təqdim olunacaq. Tədbirə təkcə Azərbaycandan deyil, "MiniBoss" məktəbinin müxtəlif ölkələrdə fəaliyyət göstərən filiallarından və dünyanın bir çox dövlətindən şagirdlər qatılacaqlar", – deyə o bildirib.
N.Həsənova vurğulayıb ki, Azərbaycan komandası builki yarışdan da yüksək nəticələr gözləyir.
"İnanırıq ki, şagirdlərimiz əvvəlki illərdə olduğu kimi bu dəfə də uğurlu çıxış edəcək, həm Azərbaycanı, həm də məktəbimizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər", – deyə o əlavə edib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...