Nərimanovda Əliyar Əliyev küçəsindən iki ildir niyə avtobus keçmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində uzunluğu 410 metr olan tunelin inşası davam edir. Tikinti işləri ilə əlaqədar küçədə avtobusların hərəkətinin məhdudlaşdırıldığı bildirilir.
Sakinlərin Baku TV-yə bildirdiklərinə görə, artıq iki ildir ki, Əliyar Əliyev küçəsindən heç bir avtobus marşrutu fəaliyyət göstərmir.
Onlar əvvəllər 24 nömrəli marşrut avtobusundan istifadə etdiklərini, 17 nömrəli avtobus xəttinin də yaxın ərazilərdən keçdiyini bildirirlər.
Hazırda küçədə avtomobillərin hərəkəti mümkündür. Yolun bəzi hissələrinin yararsız vəziyyətdə olmasına baxmayaraq, burada nəqliyyat vasitələrinin gediş-gəlişinə ciddi məhdudiyyət tətbiq olunmayıb.
Başqa bir narazılıq isə istifadə olunmayan avtobus dayanacağı ilə bağlıdır. Sakinlərin sözlərinə görə, dayanacaqdan avtobuslar istifadə etmədiyi üçün bəzi sürücülər fərdi avtomobillərini burada park edirlər. Lakin həmin nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən cərimələnirlər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...