Nərimanovda bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fəaliyyət göstərən kağız məhsullarının istehsalı və avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam örtükləri anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:
"Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərinin və anbarın fəaliyyətlərinin dayandırılması barədə Qərarlar qəbul olunub və Qərarların bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib", - deyə məlumatda vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
"Tibbi təhsili yoxdur, lakin həkimdir" - Onkoginekoloq Turanə Nəsibovadan ŞİKAYƏT
"Atlas Medical Center"də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a ünv...