Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb
Bakının Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki faktiki olaraq yararsız vəziyyətə salınıb. Sakinlər hər gün həyatlarını təhlükəyə ataraq avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar.
Səkinin bir hissəsi kənar şəxslər tərəfindən zəbt edilərək üzərinə beton tökülüb və dəmir hasarla bağlanıb. Digər hissəsi isə küçə işıqlandırması üçün nəzərdə tutulan dirəklər tərəfindən tutulub və piyadaların keçidi üçün yer qalmayıb.
Ərazidən istifadə edən sakinlər vəziyyəti belə təsvir edirlər: "İnsanlar buradan keçərkən çox əziyyət çəkirlər. Səki o qədər dardır ki, iki nəfər qarşı-qarşıya gələndə və ya yan-yana getmək istəyəndə məcbur olub avtomobil yoluna düşürük. Bu da həm bizim, həm də sürücülər üçün böyük təhlükə yaradır".
Bakı Şəhər İşıq və Elektrik Şəbəkələri Müəssisəsindən məsələ ilə bağlı bildirilib ki, sözügedən ərazidə uzun illər öncə aparılan yol genişləndirilməsi işləri nəticəsində dirəklər səkinin ortasında qalıb. Gələcəkdə piyada səkisinin yenidən qurulması və genişləndirilməsi zamanı işıq dirəklərinin yerinin dəyişdirilməsi nəzərdə tutulur.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
DOST bu ərazilərdə inzibati binalarını təmir etdirəcək 7 milyonluq LAYİHƏ
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ölkənin bir neçə bölgəsində inzibati binaların əsaslı təmirini həyata keçirəcək. BAKU.WS-in məlumatına gör...